AZ

İsveç öz nüvə silahının yaradılması imkanını müzakirə edib

İsveçdə öz nüvə silahının yaradılmasının mümkünlüyü ilə bağlı müzakirələr başlayıb...

Poliqon bu barədə Britaniyanın “The Times” nəşrinə istinadən xəbər verir.

Məqalədə bildirilir ki, İsveç qəzetlərində dərc olunan bir sıra məqalələrdən sonra ölkədə Stokholmun atom bombası əldə etmək üçün daha bir cəhd etməsi ilə bağlı mübahisələr alovlanıb – təkbaşına, yoxsa Şimali Atlantika Alyansı müttəfiqləri ilə birlikdə.

Öz nüvə silahının yaradılması ideyası hələ həyata keçirilməsə də, artıq İsveç siyasi arenasında müzakirə olunmağa başlayıb. Alim və ekspertlərin fikrincə, İsveç çətin ki, müstəqil nüvə silahı hazırlamaq üçün lazımi texnoloji və resurs bazaya malik olsun.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr