AZ

Bəşər Əsəd barəsində beynəlxalq həbs qərarı

Suriya məhkəməsi 2011-ci ildə Dərədə baş verən hadisələrlə bağlı Prezident Bəşər Əsədin işgəncə, azadlıqdan məhrum etmə və qəsdən adam öldürmə ittihamları ilə həbsinə qərar verib.


Manset.az SANA xəbər agentliyinə istinadən xəbər verir ki, həbs qərarını Şamdakı istintaq hakimi verib.

Suriya Prezidenti Ahmed Şara BMT-də çıxışında Bəşər Əsəd rejimini kimyəvi silahların istifadəsi və işgəncələrlə ittiham edib. O, xalqın rejimi devirməkdən başqa çarəsi olmadığını bildirib.

Şara həmçinin qeyd edib ki, uzun illər repressiv idarəçilik altında yaşayan Suriya milyonlarla insanın yerindən didərgin düşdüyü ağır dövrü yaşayıb.

Bu həbs qərarı regionda Suriya münaqişəsinin gərginliyini yenidən gündəmə gətirib.

Seçilən
2
manset.az

1Mənbələr