AZ

Bu həftə bürcləri nələr gözləyir?

Bu həftə göy cisimlərinin hərəkəti insanları fərqli istiqamətlərə çağırır. Astroloqlar bildirir ki, bu dövr həm fürsətlər, həm də sınaqlarla dolu olacaq.

Redaktor.az xarici mediaya istinadla 12 bürc üçün qısa proqnozu təqdim edir:

Qoç

Bu həftə enerjiniz yüksək olacaq və işlərdə yeni başlanğıclar üçün əlverişli anlar yaranacaq. Lakin qərarları düşünərək qəbul edin, tələsik addımlar sizə zərər verə bilər. Münasibətlərdə səbirli olun, anlaşılmazlıqlara yol verməməyə çalışın.

Buğa

Maliyyə və gündəlik xərclərdə diqqətli olun, qəfil zəruri ehtiyaclar ortaya çıxa bilər. Ailə və yaxın əlaqələrdə isə daha yumşaq və anlayışlı davranmaq münasibətləri möhkəmləndirə bilər.

Əkizlər

Ünsiyyət və sosial əlaqələr bu həftə ön planda olacaq. Yaradıcı fikirlər, yeni tanışlıqlar üçün əlverişli atmosfer yaranır. Amma sözlərə diqqət edin, yanlış anlaşılmalara yol açmayaq.

Xərçəng

Daxili sükunətə ehtiyacınız olacaq. İş və şəxsi həyatı tarazlaşdırmaq önəmlidir. Ailə və ev məsələləri gündəmə gələ bilər, bu sahədə kompromislər əhəmiyyət daşıyacaq.

Şir

Sosial fəaliyyətlər, tanışlıqlar və yeni təkliflər sizi canlandıracaq. Liderlik keyfiyyətləriniz qazanc gətirə bilər. Emosional reaksiya səviyyənizi idarədə saxlamaq bir qədər çətin ola bilər, özünüzü itirməməyə çalışın.

Qız

Planlama və diqqət bu dövrdə uğur gətirəcək. İşlərdə detallar üzərində düşünərək hərəkət edin. Sağlamlıq və istirahətə də vaxt ayırmaq vacibdir, həddən artıq iş yükü sizi yorğun sala bilər.

Tərəzi

Münasibətlərdə diplomatiya önəmli olacaq. Duyğularınızı açıq ifadə etmək faydalıdır. Gözlənilməz dəyişikliklər qarşısında ayıq olmaq, hadisələri pozitiv tərəfdən görmək sizə üstünlük verəcək.

Əqrəb

Daxili dünya və hissləriniz bu həftə daha fəal olacaq. Qərarları hisslərdən çox məntiqə əsaslanaraq qəbul edin. İş mühitində ehtiyatlı davranmaq və riskləri dəyərləndirmək vacibdir.

Oxatan

Yeni təhsil, səyahət və öyrənmək fürsətləri qarşınıza çıxa bilər. Enerjiniz yüksəkdir, onu düz istiqamətdə istifadə edin. Amma impulsiv qərarlardan qaçın, planlı addımlar daha güvənli olacaq.

Oğlaq

Karyera və maliyyə sahəsində əsas dəyişikliklər ola bilər. Sabitlik üçün uzunmüddətli planlar fayda verəcək. Ətrafınızdakı dəstəkçi insanlarla əlaqələri gücləndirin, yardım almaqdan çəkinməyin.

Dolça

Yaradıcı ideyalar və sosial təşəbbüslər sizə ilham verəcək. Yeni layihələr üçün cəsarətli addımlar ata bilərsiniz. Amma ruhsal balansı qorumaq üçün özünüzə fasilə verməyi unutmayın.

Balıqlar

İntuisiyanız bu dövrdə güclü olacaq. Duygusal sahələrdə harmoniya yaratmağa çalışın. İş həyatında diqqətli olmaq, əsla tələskən hərəkət etməmək önəmlidir. Keçmişlə barışmaq və daxili sakitliyi təmin etmək üçün əlverişli anlardır.

Unutmayın ki, astroloji proqnozlar ümumi xarakterlidir və hər kəs üçün tam dəqiq olmaya bilər. Öz hisslərinizə və şəraitinizə güvənərək qərarlar verin.

Nuriyyə NATİQQIZI

 

Seçilən
46
redaktor.az

1Mənbələr