AZ

Hindistan Rusiyadan S-400 və S-500 hava hücumundan müdafiə sistemləri almağı düşünür

Hindistan Rusiyadan əlavə S-400 Triumf sistemləri və  yeni nəsil S-500 Prometey sistemləri almaqla zenit-raket arsenalını genişləndirməyi düşünür.

Operativ Media xəbər verir ki, bu barədə "The Print" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, 2018-ci ildə Moskva ilə Yeni Dehli arasında 5 S-400 sisteminin tədarükü ilə bağlı imzalanmış saziş inflyasiya və məzənnə dəyişikliyi nəzərə alınmaqla eyni qiymətə daha beş sistemin alınması ilə bağlı müddəaları ehtiva edir. Hindistan artıq bəzi sistemləri alıb, qalan ikisinin isə bir il ərzində çatdırılması gözlənilir.


Şəfa Hüseynli

Seçilən
17
operativmedia.az

1Mənbələr