AZ

Levandovski karyerasında 700-cü qolunu vurdu

BAKI, 29 sentyabr. TELEQRAF

“Barselona”nın futbolçusu Robert Levandovski karyerasında 700-cü qolunu vurub.

Teleqraf xəbər verir ki, bu, İspaniya çempionatının VII turunda “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazandıqları oyuna təsadüf edib.

37 yaşlı polşalı hücumçu kataloniyalıların qələbə qolunu vuraraq yeni rekorda imza atıb.

Qeyd edək ki, Levandovski ən çox qolu “Bavariya”da vurub — 344. “Barselona”da 105, Dortmund “Borussiya”sında 103, “Lex”də 41, “Zniç”də isə 21 qol sevinci yaşayıb. Polşa millisinin heyətində də onun aktivində 86 qol var.

Seçilən
11
teleqraf.com

1Mənbələr