AZ

Moldovada parlament seçkilərində Sandunun partiyası lider elan edilib - YENİLƏNİB 4

Sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərində prezident Maiya Sandunun hakim Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) liderdir.

APA xəbər verir ki, bu haqda Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Yenilənmiş məlumatlara əsasən, MSK artıq seçki məntəqələrindən daxil olan məlumatların 97,93%-ni sayıb və nəticələr aşağıdakı kimidir:

PAS - 49,54%;

Vətənpərvərlər Bloku - 24,57%;

Alternativ Blok - 8,07%;

Daxildə demokratiya - 6,25%;

Bizim partiya - 5,66%.

Qeyd edək ki, yerdə qalan siyasi partiyalar səslərin 1%-i keçmir, ona görə də onlar parlamentə daxil ola bilməyəcəklər.

***

03:30

Moldova prezidenti Maia Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkilərində səslərin 43,05 faizini toplayıb.

APA xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən səslərin 60%-nin hesablanmasından sonra dərc edilib.

Əsas müxalifət qüvvəsi olan Sosialist Partiyasının ətrafında yaradılmış Vətənpərvərlər Bloku isə 29,22% səs toplayıb.

Avropayönümlü partiyalar bloku “Alternativ” 8,24%, Avropayönümlü “Evdə Demokratiya” partiyası 6,52% səs toplayıb.

“Bizim Partiyamız” isə 6,43% səs toplaya bilib.

***

23:53

Moldova prezidenti Maia Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkilərində səslərin 38,5 faizini, Sosialist Partiyasının ətrafında yaradılmış Vətənpərvərlik Bloku isə 33,6 faizini toplayıb.

APA xəbər verir ki, bu rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən səslərin 20%-nin sayılmasından sonra dərc edilib.

Avropayönümlü “Evdə Demokratiya” partiyası 7,4% səslə, “Bizim Partiya” da 6,8 % səslə parlamentə daxil olub.

***

16:05

Moldovada keçirilən parlament seçkilərində seçici fəallığı 33 faizi ötüb.

APA-nın xəbərinə görə, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Beləliklə, seçicidən ən azı üçdə biri səs verdiyi üçün parlament seçkiləri baş tutmuş sayılır.

Qeyd edək ki, indiyə qədər ölkə üzrə 962 mindən çox seçici səsv verib. Bundan əlavə, xaricdə yaşayan 132 min moldovalı da seçkiyə qatılıb.

***

09.13

Bu gün yerli vaxtla saat 07.00-da Moldovada parlament seçkilərində səsvermə başlayıb.

APA-nın xəbərinə görə, ölkə ərazisində l 1,961, ölkədən kənarda yaşayan vətəndaşlar üçün isə 301 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərin baş tutması üçün 3.2 milyon seçicidən ən azı üçdə biri səs verməlidir. Seçkiləri 3,000-dən çox müşahidəçi müşahidə edəcək. Bunlar arasında ATƏT Demokratik Təsisat və İnsan Hüquqları Bürosu, həmçinin müxtəlif beynəlxalq təşkilatlar da daxil olmaqla, 600-dən çox beynəlxalq müşahidəçi var.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də seçkiləri müşahidə edir.

Seçki məntəqələri saat 21:00-da bağlanacaq.

Seçilən
26
4
apa.az

8Mənbələr