AZ

Motosiklet daş lövhəyə çırpıldı, sürücü öldü

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Neftçalada ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 28-nə keçən gecə saat 23:30 radələrində Neftçala-Salyan avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcovun sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq yolun kənarında olan daş lövhəyə çırpılıb.

Nəticədə 46 yaşlı sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
5
qafqazinfo.az

7Mənbələr