Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə keçirilmiş birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğura imza atmasından sonra paytaxt Bakı şəhəri 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-nə kimi #BCAW2025-in ikinci toplantısına da ev sahibliyi edəcək. Ötən ilin təcrübəsi sayəsində formalaşmış güclü təməl üzərində qurulan bu təşəbbüs beynəlxalq əməkdaşlıq, eləcə də innovasiyalar, bilik mübadiləsi və praktiki iqlim həlləri üzrə mühüm platforma funksiyasını davam etdirəcək.
Bu dəfə də iqlim fəaliyyəti həftəsi modelinin ilk tədbiri London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan #BCAW2025 COP29-un yaratdığı müsbət dinamikanı davam etdirəcək. Sözügedən tədbirin ikinci dəfə keçirilməsi Bakı İqlim Fəaliyyəti Həftəsinin iqlim həlləri təqdim edən mütəxəssislər üçün regionda əsas toplantı platforması kimi təşəkkül tapmasını təmin edir. Dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqəti yetirilməsini zəruri etmişdir.
İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır və UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta