AZ

Bu ölkə Kiyevi öz ərazilərindən imtina etməyə çağırıb

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Levente Magyar münaqişənin sülh yolu ilə həlli müqabilində Ukraynaya ərazisinin beşdə birindən imtina etməyi təklif edib.

"Unikal" xəbər verir ki, onun sözlərini "Telex" portalı sitat gətirib.

"Mən Ukraynaya nə edəcəyini demək istəmirəm, sadəcə olaraq deyirəm ki, təcrübəmizə əsaslanaraq sülh bəzən ağrılı ola bilər", - o qeyd edib.

Magyar Ukraynanın vəziyyətini I Dünya Müharibəsinin sonunda  Budapeştin iki variantı olan Macarıstanın vəziyyəti ilə müqayisə edib: “Ya silaha sarılmaq, ya da sülh şərtlərinə razı olmaq, hətta bu, ölkə ərazisinin üçdə ikisini itirmək demək olsa belə”.

Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, ölkəsinin hakimiyyət orqanları o vaxt Macarıstan ərazisinin ən azı üçdə birini qorumaq üçün yeganə düzgün, çətin də olsa, qərarı qəbul edib və onun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski məhz bunu etməlidir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
unikal.az

4Mənbələr