"Şamaxı" Premyer Liqanın VI turunda öz meydanında "Araz Naxçıvan"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
28-ci dəqiqədə ev sahiblərinin müdafiəçisi Rüfət Abbasov fərqlənib. 78-ci dəqiqədə isə qonaqlardan Şarl Boli hesabı bərabərləşdirib.
"Şamaxı" matçın idarəçiliyindən kəskin narazı qalıb. "Şirlər"i Rəşad Əhmədovdan şikayətçi edən epizod 30-cu dəqiqədə qeydə alınıb.
Belə ki, künc zərbəsindən sonra Sezar Enrike başla topa zərbə endirmək istəsə də, qonaqların hücumçusu Hamidu Keyta ona qoluyla mane olub.
Braziliyalı müdafiəçiyə qarşı bu kobudluğa referi fikir verməyib.
Maraqlıdır ki, VAR hakimi Rəvan Həmzəzadə də fraqmentə biganə qalıb.
SPORTİNFO.AZ