AZ

Bu gün İmişlidə 3 mindən çox abonentin qazı kəsiləcək

Bu gün İmişlinin bəzi küçələrində və rayonun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fasilə diametri 315 mm-lik PE "Muradxanlı" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 29-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli şəhərinin Neftçilər, A.Şadlinski, Kür, E.Qurbanov, G.Şıxlinski, Telestudiya küçələrində, eyni zamanda, rayonun Rəsullu, Məhəmmədli, Yalavac, Cəfərli, Oruclu, Ağaməmmədli, Əliqullar, Muradxanlı kəndlərində (ümumi 3364 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
29
13
operativmm.az

10Mənbələr