AZ

İran BQR: İran ordusu istənilən təcavüzə cavab verməyə tam hazırdır

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ölkənin hərbi qüvvələrinin istənilən təcavüz və ya təhlükəyə cavab verməyə tam hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az bu barədə "Tasnim"ə istinadla xəbər verir.

O, müdafiə sistemlərinin müasirləşdirilməsi və gücləndirilməsinin uğurla davam etdiyini vurğulayıb. Musəvi SEPAH  qüvvələrinin nailiyyətlərini yüksək qiymətləndirərək aktiv çəkindirmə strategiyasının effektivliyini qeyd edib.

General həmçinin ordu ilə SEPAH arasında birliyin İranın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında əsas rol oynadığını bildirib.

Əli Hüseynov

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr