AZ

Gümüşün qiyməti 2011-ci ilin may ayından bəri ilk dəfə 47 dolları ötdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayına olan gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə bir Trua unsiyası üçün 47 dollardan yuxarı olub.
Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 7:37-yə olan məlumata görə, gümüşün qiyməti 1.43% artaraq 1 Trua unsiyası üçün 47.03 dollar təşkil edib. Bakı vaxtı ilə səhər saat 7:57-də gümüşün qiyməti artımını sürətləndirib və bir unsiya üçün 47.11 dollara (+1.61%) yüksəlib.
Eyni zamanda, "Comex" birjasında 2025-ci ilin dekabr ayına olan qızıl füçerslərinin qiyməti 3 824.20 dollar (+0.04%) səviyyəsində olub.
Seçilən
124
6
oxu.az

10Mənbələr