AZ

Paşinyanın AŞPA-da çıxışı gözlənilir

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işində iştirak etmək üçün sentyabrın 29-30-da Strasburqda işgüzar səfərdə olacaq.

News365.az xəbər verir ki, bu barədə Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində AŞPA sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Matias Guillaumard, eləcə də Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər nəzərdə tutulub.

Sentyabrın 30-da baş nazir Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək.

Seçilən
23
4
news365.az

6Mənbələr