ABŞ prezidenti Donald Tramp Gömrük və Sərhəd Mühafizəsi qüvvələrinin yerləşdirilməsinə göstəriş verərək Çikaqoda asayişi bərpa etmək niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABC 7 məlumat yayıb.
Milli Qvardiyanın gəlişi də mümkündür. Mediada yayılan məlumatlara görə, artıq bir neçə nəfər saxlanılıb.
"Federal immiqrasiya agentləri bazar günü günortadan sonra Çikaqonun mərkəzinə hücum edərək çoxlu insanı saxlayıblar", - deyə kanal bildirib.
İllinoys ştatının qubernatoru Cey Pritzker təhlükəsizlik qüvvələrinin kütləvi basqını fonunda çıxış edib. O, gələn zabitlərin silahlı olduğunu qeyd edib və onları ictimaiyyəti qorxutmaqda ittiham edib.