AZ

“Putin hesab edir ki, Zelenski görüşə gəlirsə, təslim olmalıdır”

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkondan  Volodimir Zelenski ilə danışaraq üçtərəfli görüş üçün təklif irəli sürüb. Donald Trampın Volodimir Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən Vladimir Putin Aleksandr Lukaşenkonu minnətçi  kimi ortaya atıb”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, bununla Vladimir Putin danışıqlara hazır olduğunu bəyan edir: 

“Çox güman ki, görüş yeri kimi Minskdə keçirilməsi vurğulanacaq. Aleksandr Lukaşenko təkliflə çıxış edəndə  təhdid dilində danışaraq "Ukrayna dayanmasa, qalan əraziləri itirəcəyini"-qeyd edir. Bu ifadə ilə  üçtərəfli görüş təklifinin üstündən xətt çəkmiş oldu. Belə bir yönü Kiyev qəbul etməyəcək. Rusiya üç il ərzində Ukraynanı işğal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünmür”. 

M.Əsədullazadə deyib ki,  ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücuma keçir:

“Rusiyaya qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Krıma ciddi hərbi zərbələr endirilir. Belə bir vəziyyətdə Putin  Zelenski ilə görüş təklifini irəli sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, Putin danışıqlara hazıram mesajını vermiş olur. Məhz ABŞ prezidenti Donald Trampın əsas məqsədi hərbi təzyiqlərlə Putini danışıqlar masasına əyləşdirməkdir. Putin Trampın masasında deyil, öz masasında Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir. Təbii ki, Ukrayna prezidenti Qərbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünki, Putin  Zelenskidən Ukraynanın təslim olmasını istəyəcək. Putin hesab edir ki, Zelenski görüşə gəlirsə, deməli, təslim olmalıdır. Ümumiyyətlə, Belarus prezidentinin vasitəçiliyinin Ukrayna tərəfindən qəbul edilməsi gözlənilmir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
adalet.az

4Mənbələr