AZ

Kim öndədir, avropayönlülər, yoxsa rusiyayönlülər? Moldovada nəticələr açıqlanır

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Prezident Maya Sandunun Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) yeni parlamentdə yerlərin mütləq əksəriyyətini qazanıb.

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin 99,65%-i hesablanıb.

PAS 50,06% səs toplayaraq 101 yerlik parlamentdə 54 mandat əldə edib. Bu göstərici partiyanın əvvəlki tərkibdə sahib olduğu 61 yerdən azdır.

Digər avropayönlü siyasi təşkilat – “Alternativ blok” 8 mandatla parlamentə düşüb.

Rusiyayönlü Vətənpərvərlər Bloku isə 24,25% səs toplayaraq 27 yer qazanıb. Bu bloka keçmiş prezidentlər İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, Vladimir Voroninin Kommunistlər Partiyası və sabiq baş nazir Vasile Tarlevin “Moldovanın gələcəyi” partiyası daxildir.

Bundan başqa, parlamentdə daha iki siyasi təşkilat təmsil olunacaq: Moldovanın Rumıniyaya birləşməsini müdafiə edən milli-mühafizəkar “Daxildə demokratiya” partiyası və populist siyasətçi Renato Usatiinin rəhbərlik etdiyi “Bizim partiya”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
8
yeniavaz.com

9Mənbələr