AZ

Paşinyan Nyu Yorkdan Strasburqa gəlir

Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında iştirak etdiyi Nyu Yorkdan Strasburqa 3 günlük səfərə yola düşəcək.

Axar.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Paşinyan Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 28-30-da Strasburqa işgüzar səfər edəcək”, - məlumatda bildirilib.

Səfər çərçivəsində Paşinyanın AŞPA sədri Teodor Russopulos, Avropa Şurasının baş katibi Alen Berse, Avropa İnsan Haqları Məhkəməsinin sədri Matias Qiyom və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl OFlerti ilə görüşləri nəzərdə tutulub.

“Sentyabrın 30-da Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək”, - mətbuat xidməti qeyd edib.

Seçilən
4
1
axar.az

4Mənbələr