AZ

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK – Tikinti qaydaları DƏYİŞDİ

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması Qaydası” təsdiq edilib.

KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bəs yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işlərinin hansı qaydada aparılmasını təsbit edir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bildirdi ki, 2025-ci ilin yanvar ayının 1-dən artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilib:

“Yeni qaydalara görə kənd təsərrüfatı təyinatlı torpaqlarda qış və yay otlaq sahələri istisna olmaqla, sahəsi 5 hektar və daha yuxarı olan ərazilərdə məhsulun saxlanması, istifadəsi və eyni zamanda işçi heyətin yaşaması üçün müvafiq icra orqanının razılığı ilə Tikinti və Şəhərsalma Məcəlləsinin tələbinə uyğun olaraq ümumi ərazinin 1 faizində tikinti aparılmasına icazə verildi.

Bu dəfəki dəyişikliksə başqa qaydanı nəzərdə tutur. Burada qayda əvvəlki kimi qalır. Dəyişən odur ki, məsələn, kiminsə istifadəsində 10 hektar torpaq sahəsi var.

Bu ərazinin 700 kvadratında tikili aparıb. Bununla paralel istifadəçi 10 hektardan 5 hektarını kiməsə satıb. Yeni qaydaya görə torpaq alan şəxs artıq ümumi ərazinin 1 faizi həcmində tikinti apara bilməyəcək. Yalnız əvvəlki sahibdən qalan tikilməmiş sahədə, məsələn 300 kvadratmetrdə tikinti apara bilər”.

Seçilən
20
2
konkret.az

3Mənbələr