AZ

Premyer Liqa klubunun kapitanı Səudiyyə Ərəbistanına gedir?

“Mançester Siti”nin kapitanı Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Portuqaliya millisinin üzvü mövsümün sonunda "Əl-Hilal"a keçmək istəyir.

Hazırda Silva üçün ən çox ehtimal olunan variantların “Əl-Əhli” və “Əl-Qədisiyə” klubları olduğu bildirilir. Hər iki klub portuqaliyalı futbolçuya 4 illik müqavilə təklif etməyə hazırdır.

Silvanın “şəhərlilər”lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

2025/26 mövsümündə Bernardo “Mançester Siti”nin heyətində bütün yarışlarda 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib

Seçilən
24
sportinfo.az

1Mənbələr