AZ

İsmayıllıda 4 nəfəri bıçaqlayan şəxs saxlanılıb

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb.

Apa xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.

Hadisə nəticəsində rayon sakinləri; 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
47
23
qaziler.az

10Mənbələr