"Qarabağ"ın futbolçusu Abdullah Zubir üçün "Qəbələ" ilə oyun əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyunda hesabı açan fransalı cinah oyunçusu Ağdam təmsilçisinin heyətində 70-ci qoluna imza atıb.
O, bunu 322-ci matçında bacarıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, ilk qolunu da eyni ildə, yenə "Qəbələ"yə qarşı (4:1) vurub.
33 yaşlı futbolçu 70 qolun 49-na Premyer Liqada, 16-na avrokuboklarda, 5-nə isə ölkə kubokunda imza atıb.