AZ

Hamamda yıxılan 41 yaşlı qadın öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, sentyabrın 25-i saat 21 radələrində Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Qasımova ümumi hamam otağında yıxılıb. Baş nahiyəsindən xəsarət alan qadın vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
22
2
avtosfer.az

3Mənbələr