AZ

Sandunun partiyası seçkidə liderdir

Moldovada keçirilən parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası liderdir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Moldovanın Mərkəzi Seçki Komissiyası yayıb. 

Belə ki, səslərin 99.65%-nin hesablanmasından sonra Sandunun partiyası 50,06 faiz səs toplayıb. Bu isə onun partiyasının parlamentdə 101 yerdən 54-nü tutması deməkdir. 

Rusiyayönümlü “Vətənpərvərlik bloku” isə səslərin 24,25 faizini toplayıb ki, bu da parlamentdə 27 yeri təmin edir. 

Daha bir Avropayönümlü “Alternativ” bloku isə ilkin məlumata əsasən, 8 mandat əldə edəcək.

"Cebheinfo.az" 

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr