AZ

ABŞ-da kilsəyə hücum – 5 nəfər öldü

ABŞ-ın Miçiqan ştatının Qrand-Blank şəhərində bir kilsədə atışma olub.

Heftelik.az-ın “ABC News”-yə istinadən verdiyi məlumata görə,  hadisə nəticəsində 5 nəfər ölüb, kilsə binası da yandırılıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Seçilən
24
6
heftelik.az

10Mənbələr