AZ

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” vəAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməkdaşlığıçərçivəsində “Koroğlu” operası yenidən səhnəyə qayıdıb.

Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisiÜzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operası 28 sentyabr2025-ci ildə keçirilən möhtəşəm quruluşda tamaşaçılara təqdimedilib.

“PAŞA Bank”ın milli mədəni irsi qorumaq və təbliğ etməkistiqamətindəki təşəbbüslərinin davamı olaraq, operanın yenidənbərpası çərçivəsində personajların səhnə obrazlarını tam əksetdirən xüsusi kostyumlar hazırlanıb. Hər bir kostyum zərifparçalar, milli naxışlar və ustaların əl işləri sayəsində tamaşanınvizual gözəlliyini və tarixi orijinallığını qoruyub.

Layihədə Bankın rolunu vurğulayan İdarə Heyətinin sədri CavidQuliyev bildirib ki, “Koroğlu” operasının yenidən səhnəyəqayıtması, qəhrəmanlıq, dözümlülük və milli qürur kimi dəyərləriyeni nəsillərə ötürmək üçün önəmli bir addımdır.

“Milli irsimiz - bizim birliyimizin və kimliyimizin ifadəsidir.“PAŞA Bank” olaraq, biz mədəni irsimizin qorunması və gələcəknəsillərə çatdırılması istiqamətindəki təşəbbüslərimizi davametdiririk,”- deyə, Quliyev bildirib.

9 iyul 2025-ci il tarixində Bank və Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrı arasında əməkdaşlığa dair memorandumimzalanıb. Memorandum əsasında, “PAŞA Bank” 140 illik yubileyi qeydolunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasınınbərpası layihəsinə dəstək üçün ianə ayırıb.

“PAŞA
“PAŞA
Seçilən
6
5
az.trend.az

6Mənbələr