AZ

Altı ayda sığorta xətti ilə 30 minə yaxın qadın doğuş edib

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda icbari tibbi sığorta hesabına 29,934 doğuş icra olunub. Bu göstərici doğuşların 14,767-nin təbii, 15,167-nin isə qeysəriyyə əməliyyatı ilə baş tutub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Hamilə qadınlara göstərilən tibbi xidmətlərin əksəriyyəti icbari tibbi sığorta ilə qarşılanır. Bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, eləcə də hamiləlik və doğuş zamanı yarana biləcək risklərin qarşısını almaq məqsədi daşıyır.

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və yalnız tibbi göstəriş əsasında icra olunur. Bu əməliyyatlar zamanı dərman preparatları, tibbi sərf materialları, laborator analizlər, qidalanma və müalicə tədbirləri sığorta tərəfindən tam qarşılanır.

Ekspertlər hesab edirlər ki, bu cür geniş əhatəli dəstək mexanizmləri ana və uşaq ölüm göstəricilərinin azalmasına və müasir doğuş infrastrukturunun daha əlçatan olmasına müsbət təsir göstərir.

Gülnar 

Seçilən
7
anews.az

1Mənbələr