AZ

Məşhur hücumçu “Neftçi”nin biraddımlığında… Transfer bazarından SON “BOMBA” XƏBƏR!

«Neftçi» bu ilin «transfer bombası»nı partlatmağa bir addım da yaxınlaşıb.

Premyer Liqada yeni mövsümə istədiyi kimi başlaya bilməyən «ağ-qaralar» həftələrdir danışıqlar apardığı Vensan Abubakarı Azərbaycana dəvət edib.

Bakılıları ümidləndirən sözügedən hücumçunun maliyyə şərtlərində bir qədər yumşalmasıdır.

Kamerun yığmasının üzvü ilk vaxtlarla müqayisədə tələb elədiyi maaşın miqdarında güzəştə gedib.

İndi onun maddi arzusu «Neftçi»nin ödəməyə hazır olduğu məbləğlə müəyyən qədər üst-üstə düşür.

Paytaxt təmsilçisinin Abubakarı bura dəvət etməsində niyyət isə üzbəüz görüşmələrin daha tez səmərə verəcəyinə inam hissidir.

Hər halda tanınmış qolçu son günlər təklifə isti yanaşması ilə onları əməllicə ümidləndirib.

“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş afrikalının son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.

SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr