AZ

SON DƏQİQƏ: NATO Rusiya ilə bağlı qərar verdi: Döyüş başlayır?

NATO Rusiya hərbi təyyarə və pilotsuz uçuş aparatlarının (PUA) alyansın hava məkanını pozması ilə bağlı daha sərt addımlar atmağı nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Son həftələr Polşa, Rumıniya, Estoniya və digər ölkələrdə hava məkanının pozulması halları qeydə alınıb. Artan gərginlik fonunda Baltik regionuna hava hücumundan müdafiə (HHM) imkanlarına malik freqat və əlavə kəşfiyyat sistemləri göndərilib.

Latviyanın prezidenti Edqars Rinkeviçs NATO-nun hava patrul missiyasının tammiqyaslı hava müdafiə əməliyyatına çevrilməsini təklif edib. Bu isə əlavə HHM sistemlərinin yerləşdirilməsi və güc tətbiqi həddinin aşağı salınması deməkdir.

ABŞ prezidenti Donald Tramp müttəfiqləri hava məkanını pozan təyyarələri vurmağa çağırıb. NATO baş katibi Mark Rutte də bu mövqeyi dəstəkləyib. Bununla belə, alyansın bəzi üzvləri situasiyanın həddindən artıq eskalasiyasından narahatdırlar.

Xüsusi narahatlıq doğuran hadisə isə sentyabrın 10-da baş verib. Belə ki, təxminən 20 rus dronu Polşa ərazisinə daxil olaraq, ABŞ-a məxsus F-35 qırıcılarının yerləşdiyi Lask aviabazasına tərəf istiqamətlənib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
13
4
konkret.az

5Mənbələr