AZ

UNFCCC nin direktoru: İqlim böhranı ilə mübarizə hökumətlərin dəstəyi olmadan mümkün deyil

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“İqlim böhranı ilə mübarizə hökumətlərin texnoloji və maliyyə dəstəyi olmadan mümkün deyil”.

APA xəbər verir ki, bunu UNFCCC təşkilatının icraçı direktoru Saymın Stiell “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib.

“Biz təşkilatlar olaraq təkbaşına heç bir şeyin öhdəsindən gələ bilmərik. Burada bizə hökumətlər tərəfindən maliyyə dəstəyi təmin olunmalıdır ki, müasir texnologiyalardan istifadə edə bilək. Hökumətlər vacib olan ekoloji tədbirləri görməli və uzunmüddətli siyasi qərarlar verməlidir. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir tərəfdaşlıqlar qurmaq və hökumətlərə mesajımızı çatdırmaq üçün mühüm bir platformadır”- Saymın Stiell bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
3
icma.az

4Mənbələr