AZ

Keçmiş kəşfiyyat rəhbəri: Britaniya artıq Rusiya ilə müharibədədir

2002-2007-ci illərdə Britaniya Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş MI5-in keçmiş rəhbəri Eliza Manningem-Buller hesab edir ki, Böyük Britaniya artıq Rusiya ilə müharibə vəziyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph yazıb.

"Bu, fərqli bir müharibə növüdür, lakin düşmənçilik, kiberhücumlar, fiziki hücumlar, kəşfiyyat fəaliyyətləri geniş yayılıb", deyə o qeyd edib.

Manningem-Buller deyib ki, Vladimir Putin üç il əvvəl Ukraynanı işğal etdikdən sonra Qərbə qarşı daimi düşmənçilik mövqeyinə keçib və təxribat və kəşfiyyat toplamaqla, həmçinin Böyük Britaniyada insanlara hücum etməklə məşğul olub.

O, həmçinin əvvəlki hökumətlərin Rusiyanın Qərb demokratiyaları klubuna qoşula biləcəyinə inanmaqda səhv olduğunu irəli sürüb:

"Biz hamımız ümid edirdik ki, Sovet İttifaqı dağılandan sonra bizim potensial partnyorumuz olacaq. Putinin 2005-ci ildə G8 sammitində bizimlə olmasının səbəblərindən biri də bu idi. Mən onunla Londona qayıdanda görüşdüm. Amma biz əslində yanılmışdıq, çünki Rusiya Qərbə qarşı son dərəcə düşməndir".

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr