
Xəbər verdiyimiz kimi, “BakuBus”ın Gəncədə fəaliyyətə başlaması ilə bağlı artıq ictimai nəqliyyatda gediş haqqı yalnız “CityCard” vasitəsilə ödənilir. Balans artırmaq üçün bir neçə üsul mövcuddur:1. Terminallar vasitəsilə: - Şəhərin müxtəlif nöqtələrində yerləşdirilmiş xüsusi “CityCard” terminallarından istifadə etməklə balans artırmaq mümkündür. - Kartı terminala yerləşdirin, ödəniş məbləğini daxil edin və nəğd vəsaiti terminala əlavə edin. 2. Mobil tətbiq vasitəsilə: - “CityCard” mobil tətbiqini yükləyin (Android/iOS). - Kart nömrəsini daxil edin və bank kartınızla onlayn ödəniş edin. 3. Partnyor ödəniş platformaları ilə: - “MilliÖn”, “eManat”, “E-pul” və s. kimi ödəniş sistemləri vasitəsilə balans artırmaq mümkündür. Qeyd: Gediş haqqı yalnız balansda vəsait olduqda mümkündür. Kartı əldə etmə və istifadə qaydaları ilə bağlı daha ətraflı məlumatı şəhər dayanacaqlarındakı informasiya lövhələrindən və ya rəsmi mənbələrdən əldə edə bilərsiniz. Ulusum.az-ın bölgə bürosunun Gəncədən təqdim etdiyi görüntünü sizə təqdim edirik.
Diqqət Çəkənlər
Kuala Lumpurda Cümə xütbəsində Azərbaycan şəhidləri anılıb
III Çarlz və Kraliça Kamilla ilk dəfə Papa ilə görüşəcəklər
Türkiyədə yenidən zəlzələ baş verdi