AZ

Zubir “Qarabağ”da 70-ci qolunu vurub

Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı futbolçu avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Seçilən
37
24
xezerxeber.az

10Mənbələr