BAKI, 29 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Görüşdə ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunub.
Qazaxıstan və İtaliya prezidentləri arasında bundan əvvəlki görüş martın 9-da yenə Astanada baş tutmuşdu.