AZ

Husilər Təl-Əvivə “hipersonik ballistik raket” atdıqlarını iddia ediblər - ÖZƏL

Yəməndə fəaliyyət göstərən üsyançı "Ənsar Allah" (husilər) hərəkatı İsrailin Təl-Əviv şəhərinə "hipersonik ballistik raket"lə zərbə endirdiyini açıqlayıb. Olaylar.az xəbər verir ki,  Hərəkatın hərbi nümayəndəsi Yəhya Sariənin sözlərinə görə, hücum İsrailin Yəmənə qarşı "aqressiyasına cavab olaraq" həyata keçirilib.
"Yəmən Silahlı Qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək hipersonik ballistik raket Palestina-2 ilə Təl-Əvivin Yaffa bölgəsində yerləşən bir neçə mühüm obyektə zərbə endirib. Raketin bölünən döyüş başlıqları hədəflərə uğurla çatıb", - deyə husilərin nümayəndəsi Al Masirah telekanalı vasitəsilə bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr