AZ

Yalçın Rəfiyev: Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COP29 ən uğurlu COP-lardan biri olub:

"Çünki 70 mindən çox iştirakçı, yüksək səviyyəli rəsmilərin iştirakı və nəticələr bunu deməyə əsas verir. Qərarlar verilir, lakin icra önəmlidir. Biz inanırıq ki, COP29-da öhdəlik götürən ölkələr öz vədlərini yerinə yetirəcək".

Y.Rəfiyev bildirib ki, COP29 irsinin davam etməsi müsbət nəticədir:

"Azərbaycan Xarici İşlər Nazirliyi olaraq, təcrübəmizi ölkələrlə bölüşməyə hazırıq. Azərbaycan olaraq birtərəfli olmağa çalışırıq".

Baş danışıqçı vurğulayıb ki, Azərbaycan növbəti COP-un Braziliyada keçirilməsi üçün təcrübələrini bu ölkə ilə bölüşür:

"Biz qardaş Türkiyənin COP31-ə ev sahiblik etməsini də dəstəkləyirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
baku.ws

1Mənbələr