AZ

Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin gəmilərinin tikintisi qrafikə uyğun şəkildə davam edir

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi əsasındaBakı Gəmiqayırma Zavodunda (BGZ) üç yeni sərnişin gəmisindənikisinin sifarişi üzrə işlərin artıq 31 faizi, üçüncü gəminin isə28 faizdən çoxu tamamlanıb.

Trend xəbərverir ki, bu barədə AZCON Holding-dən məlumat verilib.

Bildirilib ki, inşa olunan sərnişin gəmilərinin tikintisiqrafikə uyğun şəkildə davam edir.

Gəmilərin hər biri 50 sərnişin tutumuna malik olan gəmilərinuzunluğu 42, eni 8 metr təşkil edəcək:

"Sərnişin gəmiləri beynəlxalq standartlara tam uyğun şəkildə,yüksək təhlükəsizlik, enerji səmərəliliyi, ekoloji davamlılıq vəkomfort tələbləri nəzərə alınmaqla layihələndirilib.

Bu gəmilər neft-qaz sektorunda çalışan mütəxəssislərin daşınmasıüçün nəzərdə tutulub. Layihənin icrası Xəzərdə neft-qaz sahəsindəaparılan işlərdə dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətininyüksəldilməsinə mühüm töhfə verəcək".

Əlavə olunub ki, bu gəmilərin təhvil verilməsi ilə BGZ-də ASCOüçün inşa edilmiş gəmilərin sayı 6-ya çatacaq. Bundan öncə, 2016-cıildə sözügedən Zavodda “Üfüq”, “Zəfər” və “Turan” adlı gəmilərtikilərək ASCO-ya təhvil verilib və həmin gəmilər uğurla istismaredilirlər.

Seçilən
21
10
az.trend.az

10Mənbələr