BAKI, 19 sentyabr. TELEQRAF
Azərbaycan Texniki Universitetinin idman zalında 2013, 2014 və 2015-ci il təvəllüdlü qızlar arasında milli komandaya seçim turu baş tutub.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi seçimlərdə ümumilikdə 61 nəfər iştirak edib.
Onlardan 23 nəfər milli komandaya seçilərək rəsmi olaraq milli məşqçilərin nəzarətinə götürülüb.
Qeyd edək ki, belə seçim turları ölkə basketbolunda gənc istedadların üzə çıxarılması və gələcəkdə milli komandanın gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.