AZ

Londonda minlərlə uşağın məlumatları oğurlanıb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin "CNN" telekanalının yerli mənbəyə istinadən yaydığı məlumata əsasən, cinayətkarlar həmin məlumatların bir hissəsini artıq "darkveb"ə yerləşdiriblər. Onlar məlumatları silməyin qarşılığında bağçadan külli miqdarda pul istəyirlər. Bildirilib ki, London polisinin kibercinayətlə mübarizə şöbəsi hazırda intensiv təhqiqat aparmaqdadır, ancaq hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur. "Kibercinayətkarlar pul qoparmaq üçün artıq hamıya hücum çəkir. Uşaqları, onlara qayğı göstərənləri hədəfə almaq isə xüsusilə alçaq hərəkətdir. Bu çox dəhşətli hadisədir", – Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin direktoru Conaton Ellison söyləyib. Telekanal diqqətə çatdırır ki, bağçadakı uşaqların valideynləri də hadisədən çox narazıdırlar. Onlar uşaqlara aid məlumatların hansı məqsədlə ələ keçirildiyini anlamaqda çətinlik çəkirlər. Kibertəhlükəsizlik mütəxəssislərinin sözlərinə görə, həmin məlumatlar ailələri izləmək, qorxutmaq, hətta onlara hücum çəkmək üçün işlədilə bilər. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
azvision.az

2Mənbələr