AZ

Qəzza zolağında 66 mindən çox fələstinli həlak olub

Qəzza zolağında İsrail-Fələstin müharibəsi zamanı 66 mindən çox fələstinli həlak olub.

AzPost bildirir ki, bu barədə Al Arabiya və Associated Press-in Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

Nazirlik gündəlik hesabatında HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixli hücumundan sonra ölənlərin sayının 66 005 nəfərə yüksəldiyini, daha 168 162 nəfərin yaralandığını bildirib.

Ölənlər arasında son 24 saat ərzində xəstəxanalara çatdırılan 79 nəfər var.

İsrail ordusu Qəzzada hücumlarını davam etdirir. Baş nazir Benyamin Netanyahu isə Vaşinqtondadır və bazar ertəsi ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

İsrailin hücumu Qəzzanın geniş ərazilərini viran qoyub. Əhalinin təxminən 90 faizini köçkün vəziyyətinə salıb və fəlakətli humanitar böhrana səbəb olub. Ekspertlər Qəzza şəhərinin aclıqla üzləşdiyini bildiriblər.

AzPost.az

Seçilən
24
1
azpost.info

2Mənbələr