AZ

“Forbes” Tramp ailəsinin sərvətində böyük artımı AÇIQLADI

"Forbes" jurnalı Tramp ailəsinin sərvətində son bir ildə baş verən ciddi artımı hesablayıb.

Milli.Az xəbər verir ki, nəşrin məlumatına görə, Donald Tramp və övladlarının ümumi sərvəti hazırda 10 milyard dollar təşkil edir. Bu rəqəm onun 2024-cü ildə prezident postuna qayıtdığı dövrdəkindən iki dəfə çoxdur.

Məlumata əsasən, ən böyük qazanc Donald Tramp və həyat yoldaşı Melaniyanın payına düşüb. Onların sərvəti 3 milyard dollar artaraq 7,3 milyard dollara çatıb. Tramp xüsusilə kriptovalyuta layihələri - World Liberty Financial blokçeyn platforması və Trump meme coin vasitəsilə təxminən 2 milyard dollar qazanıb. Bundan başqa, 400 milyon dollar soyadından istifadə üçün verilən beynəlxalq lisenziyalarla, qalan məbləğ isə Melaniyanın xatirə kitabı, ictimai çıxışları və şəxsi kriptotokenindən əldə olunub.

Bu yüksəliş nəticəsində Tramp ailəsi "Forbes"in dünyanın ən zəngin insanları siyahısında 118 pillə irəliləyərək 201-ci yerə yüksəlib.

Ailənin digər üzvlərinin sərvəti də artıb.

İvanka Tramp və əri daşınmaz əmlakın dəyərinin bahalaşması və biznesin genişlənməsi hesabına sərvətlərini 100 milyon dollar artırıblar.
Erik Tramp sərvətinə 40 milyon dollar əlavə edib və ümumi varidatı 750 milyon dollara çatıb. Onun qazancı əsasən kriptovalyuta sahəsindəki fəaliyyətindən qaynaqlanır.
Böyük oğlu Donald Tramp Jr. isə "GrabAGun" onlayn silah mağazası və "Truth Social" sosial şəbəkəsindəki payı sayəsində sərvətinə 50 milyon dollar əlavə edib.

Ən kiçik oğlu, 19 yaşlı Barron Tramp, World Liberty Financial layihəsində iştirak etməklə kriptotoken satışından 80 milyon dollar qazanıb. Gələcəkdə əlavə tokenlərin satışı ona daha 525 milyon dollar qazandırmaq potensialına malikdir.

Hüseyn
Milli.Az

Seçilən
9
1
milli.az

2Mənbələr