AZ

"McDonald's Azərbaycan"ın ətli burgerləri necə hazırlanır? - Mediatur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün "McDonald's Azərbaycan" ətli burgerlərin hazırlanmasında mal ətini tədarük etdiyi "AzProtein Foods Group" şirkətinə mediatur həyata keçirib.
Oxu.Az xəbər verir ki, jurnalistlər şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və "McDonald's"ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış komplekslə tanış olublar.
"AzProtein Foods Group" şirkətində "McDonald's Azərbaycan"ın burgerlərinin ətini hazırlamaq üçün xüsusi ərazi ayrılıb və ən son texnologiyalarla təchiz olunub.
"AzProtein Foods Group" şirkəti 2012-ci ildə yaradılıb və bu gün Azərbaycan bazarında ət və ət məhsullarının aparıcı istehsalçılarından və təchizatçılarından biridir. Şirkət ətin kəsilməsi və emalı üçün qabaqcıl müasir texnologiyalardan istifadə edir. Şirkətdə istehsal olunan bütün ət və ət məhsulları 100% halaldır.
Şirkət "Halal" və ISO-22000 sertifikatlarına malikdir. 2016-cı ildə "AzProtein" BƏƏ-yə ət məhsullarının tədarükü üçün icazə alan ilk Azərbaycan şirkəti olub. 2025-ci ildən rəsmi olaraq "McDonald's" üçün burger mal ətinin təchizatçısıdır. Bundan əlavə, "McDonald's" korporasiyasının tələb etdiyi keyfiyyət və qida təhlükəsizliyi auditlərini, həmçinin sosial məsuliyyət və heyvan rifahı idarə edilməsi auditlərini uğurla keçib.
"McDonald's Azərbaycan"da burgerlərin tərkibi dəyişməzdir. Beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.
Heyvanlar optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.
İstehsal proseslərinin "Halal" standartlarına uyğunluğu "AzeSERT HALAL" sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və mütəmadi olaraq Almaniyada yerləşən "McDonald's"ın Avropa keyfiyyət mərkəzində test edilir.
Mal ətinin lokallaşdırılması təşəbbüsü yalnız daxili bazar üçün deyil, eyni zamanda, qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.
Burger istehsalı üçün hazır ət qəbul olunur və hər mərhələdə ciddi gigiyena və keyfiyyət nəzarəti tətbiq edilir. Xam mal əti 0-4°C temperaturda saxlanılır, istehsal zamanı isə 2.4 millimetr qalınlığında doğranaraq -37°C-də dondurulur.
İstehsal prosesi boyunca hər bir otaqda temperatur xüsusi termometrlərlə nəzarətdə saxlanılır. İstifadə edilən bütün taralar və avadanlıqlar isti su ilə mütəmadi olaraq yuyularaq və dezinfeksiya edilir.
Keyfiyyətə nəzarət üçün burger ətləri 13 parametr üzrə "FoodsScan Pro" laborator aparatında yoxlanılır. Yağlılıq norması 20 faizdən artıq olmamalıdır. Hər məhsul növ göstəricisinə və standart çəkiyə əsasən təsdiqlənir.
Kəsimxanada islami kəsim qaydalarına əməl edilir. Ətlər beynəlxalq gigiyena standartlarına uyğun emal edilir və qablaşdırılır.
Bu əməkdaşlıq təkcə yerli bazarda keyfiyyətli məhsulların istehsalını təmin etmir, Azərbaycanın ixrac imkanlarının genişlənməsi və beynəlxalq standartlara inteqrasiyası baxımından mühüm addımdır.
Məhərrəm Əliyev
Seçilən
38
2
oxu.az

3Mənbələr