AZ

BMT qərargahını İstanbula köçürə bilərlər

ain.az bildirir, Reyting.az portalına istinadən.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib ki, ABŞ-nın maliyyə təzyiqi və siyasi müdaxiləsi fonunda BMT və onun əsas qurumlarının Nyu-Yorkdan İstanbul da daxil olmaqla, dünyanın digər şəhərlərinə köçürülməsinin mümkünlüyünü müzakirə edirlər.Reytring.az xəbər verir ki, hazırda İstanbul BMT mərkəzi üçün əsas namizəd şəhərlərdən biri hesab olunur. “TRT World” telekanalının İstanbulun BMT-nin potensial qərargah yeri ola biləcəyi ilə bağlı sualına Düjarrik “İstanbul artıq BMT-nin müxtəlif təşkilatlarının regional qərargahlarına ev sahibliyi edir, ona görə də bunu daim qiymətləndiririk”,- deyə cavab verib. Xatırladaq ki, BMT-nin altı əsas orqanından beşi (Baş Assambleya, Təhlükəsizlik Şurası, BMT-nin İqtisadi və Sosial Şurası, Qəyyumlar Şurası və BMT Katibliyi) hazırda BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşir. Beynəlxalq Ədalət Məhkəməsinin qərargahı isə Hollandiyanın Haaqa şəhərindədir.V. QULİYEV Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
reyting.az

2Mənbələr