2020-ci ilin sentyabrına kimi Azərbaycanla Ermənistan arasında kifayət qədər dövlət başçıları səviyyəsində görüşlər keçirildi. Bu görüşlərdə Ermənistanla yanaşı onun havadarları da Azərbaycana qarşı olduqlarını gizlətmirdilər. Qərb dövlətləri 30 il ərzində bir dəfə olsun belə maraqlanmadı ki, bir milyon insan öz ev-eşiyindən niyə köçkün düşüb? Bu illər ərzində köçkün düşən bu insanlar necə yaşayır? Onlar nə günahın sahibidir? ATƏT-in Minsk qrupu daha irəli gedərək Azərbaycan tərəfinə tövsiyə edirdi ki, Qarabağdan əl çəksin və Ermənistanla qonşuluq münasibətlərini bərpa etsin. Ədalətsiz Qərb üstümüzə gəldikcə Azərbaycan qorxmadı, çünki Azərbaycanı idarə edən, xalqın səsini alan Prezident qətiyyən geri çəkilmək fikrində deyildi. Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: " mən ona özüm qədər inanıram." Azərbaycan xalqı da öz Prezidentinə inanır və ona ümidi böyük idi.
2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmək üçün tribunaya yaxınlaşır. Qalib Prezident nəyi, necə, nə zaman edəcəyini hamıdan yaxşı bildiyi kimi, BMT-nin ali kürsüsündə də necə danışmağı hamıdan yaxşı bilirdi.
Otuz ilə yaxın erməni tərəfi ilə danışıqlar aparıldı, Minsk qrupunun həmsədrləri iki həftədən bir Azərbaycana səfər edirdilər. İstəkləri ondan ibarət idi ki, status-kvonu qoruyub saxlasınlar və münaqişəni dondurmağa nail olsunlar.
Qalib Prezident öz gücü ilə öz torpaqlarının azad edilməsi modelini ali kürsüdən elan edirdi. Dünənə qədər baronessa, baronlar, cinsi bilinməyənlər, senatorlar və konqresmenlər Qarabağa gəlir, erməni işğalına hər cür dəstək verirdilər. Bəs sonra nə oldu? Ali Baş Komandan ali tribunadan onu deyirdi: 30 ilə yaxın haqqı tanımayanlarla mübarizə apardıq, çətinliklərimiz çox oldu, Ermənistanın xeyrinə bizə məsləhət verənlər də çox oldu. Amma haqqımızı müdafiə edən xalqlar və dövlətlər tapıldı. Ən böyük güc xalqımızdan gəldi. Azərbaycan tanındıqca, iqtisadiyyatı gücləndikcə beynəlxalq təşkilatlardan da dəstək gəldi.
Ermənistan isə hədəsindən qalmırdı. Azərbaycanı yeni torpaqların işğalı ilə hədələyirdi. Erməni ordusu haqqında hər gün miflər yaradılırdı. Düşmən öz işğalına o qədər əmin idi ki, Azərbaycan torpaqlarında xaricdən gətirilən erməniləri məskunlaşdırırdı.
2020-ci ilin sentyabrında Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 günlük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi. Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 82-ci sessiyasında çıxışı qalib Azərbaycanın haqq səsi idi. Dövlət başçısı bir daha bəyan etdi ki, Qarabağda gecə-gündüz bərpa-quruculuq işləri gedir. İki dövlət arasında sülhün imzalanması üçün mümkün olanlar edilib və edilir. Azərbaycan əmin-amanlıq və sülhün tərəfdarıdır. Bu istiqamətdə siyasətimiz hamıya məlumdur. Biz xoşbəxt, demokratik, ədalətli Azərbaycanın qurulmasında və inkişafında gələcəyə böyük ümidlə baxırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31