Sentyabrın 29-da Göygöl Olimpiya İdman Kompleksində sambo üzrə III MDB Oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, xalça üzərinə ilk çıxan idmançılardan biri azərbaycanlı samboçu Abdüldətif Musayev, digəri isə tacikistanlı Mirzokarim İsmailov olub.
İdmançımız görüşün əvvəlindən üstünlüyünü nümayiş etdirərək rəqibini məğlub edib və qələbə qazanıb.