AZ

Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib

ABŞ-ın xüsusi nümayəndəsi Ki Kellog:“Heç bir qadağan olunmuş məkan yoxdur...

Poliqon xəbər verir ki, ABŞ-ın sabiq prezidentinin xüsusi nümayəndəsi Ki Kellog “Fox News” telekanalına açıqlamasında Donald Trampın Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verdiyini bildirib. Onun sözlərinə görə, Tramp, eləcə də vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio öz çıxışlarında Ukrayna Silahlı Qüvvələrinin mövcud imkanlardan istifadə etməklə uzaqmənzilli silahlarla zərbələr endirə biləcəyini açıq şəkildə ifadə ediblər.

“Ukraynanın hədəf alması üçün heç bir qadağan olunmuş məkan yoxdur”, deyə Kellog vurğulayıb.

Efir zamanı verilən suallardan birində ABŞ-ın Ukraynaya 2500 km uçuş məsafəsinə malik “Tomahawk” raketləri verib-verməyəcəyi müzakirə olunub. Kellog bu məsələyə dair yekun qərarın hələ qəbul edilmədiyini qeyd edib. Onun sözlərinə görə, Vaşinqton hazırda Kiyevin imkanlarını genişləndirməyin variantlarını nəzərdən keçirir və yaxın müddətdə bu istiqamətdə daha konkret addımlar atıla bilər.

ABŞ administrasiyasının bu mövqeyi Ukraynanın Rusiya ilə müharibəsində yeni mərhələnin başlaya biləcəyini göstərir. Əgər uzaqmənzilli raketlərin təhvil verilməsi təsdiqlənərsə, bu, Moskvanın strateji obyektlərinə qarşı daha genişmiqyaslı hücumların həyata keçirilməsi ehtimalını artıracaq.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr