AZ

Zubirin yubiley qolu

Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.

O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub. Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Seçilən
29
3
msport.az

10Mənbələr