AZ

Bakıda “BMW” hasara çırpıldı: Ölən var

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 17 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bakı sakini Aydın Gülağa oğlu Nəcəfovun idarə etdiyi “BMW” markalı 10 SG 477 nömrə nişanlı avtomobil daş hasara çırpılıb.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən A.Nəcəfov gecə saatlarında vəfat edib.

RPİ tərəfindən araşdırmalar aparılır.

"Cebheinfo.az" 

Seçilən
24
8
cebheinfo.az

10Mənbələr