AZ

Çempionlar Liqası: "Kopenhagen" Bakıya 120-150 azarkeş gətirəcək

Çempionlar

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la üz-üzə gələcək Danimarkanın "Kopenhagen" klubunun Bakıya səfər planı bəlli olub.

Bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:

"Kopenhagen" matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir"(Report).

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Seçilən
11
4
reyting.az

7Mənbələr