Husi qüvvələri Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketilə hücum edib.
Axar.az xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.
“İsrailin ölkəmizə qarşı təcavüzünə cavab olaraq silahlı qüvvələrimiz Təl-Əvivdə bir neçə mühüm hədəfə zərbə endirmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Əməliyyatın məqsədlərinə uğurla nail olunub”, - o bildirib.